Xidmət

Onlayn mağaza hazırlanması

Instagram-da hər müştəriyə qiyməti ayrıca yazmaq yorucudur. Onlayn mağazada müştəri məhsulu özü seçir, səbətə atır və sifariş verir; siz isə sifarişləri bir yerdən izləyirsiniz.

Kimlər üçündür?

  • Instagram və WhatsApp ilə satış edən, sifarişləri artan bizneslər
  • Bakı daxilində və ya bütün Azərbaycana çatdırılma edən mağazalar
  • Kataloqu böyük olan, məhsul axtarışı və filtr lazım olan satıcılar
  • Şirniyyat, gül və hədiyyə mağazaları kimi onlayn sifariş qəbul edənlər

Nə daxildir?

  • Məhsul kataloqu, kateqoriyalar və axtarış
  • Səbət və sadə sifariş prosesi
  • Kartla onlayn ödəniş və ya qapıda ödəniş
  • Sifarişin WhatsApp ilə təsdiqlənməsi imkanı
  • Çatdırılma qiymətləri və qaydaları
  • Telefona uyğun, sürətli dizayn
  • Məhsul səhifələri üçün SEO quruluşu
  • Açılışdan sonra dəstək

Necə işləyirik?

  1. 01

    Plan

    Məhsullarınızı, ödəniş və çatdırılma qaydalarınızı birlikdə müəyyən edirik.

  2. 02

    Dizayn

    Mağazanın görünüşünü əvvəlcə sizə göstəririk.

  3. 03

    Qurulma

    Məhsulları yükləyir, ödənişi və sifariş axınını sınayırıq.

  4. 04

    Açılış

    Mağazanı açır, necə işlədiyini göstərir və sonra da dəstək veririk.

Tez-tez verilən suallar

Başlanğıc üçün kartla ödəniş mütləqdir?

Xeyr. Bir çox mağaza sifarişi WhatsApp ilə təsdiqləyib qapıda ödənişlə başlayır; kartla ödəniş sonradan əlavə oluna bilər.

Kartla onlayn ödəniş üçün nə lazımdır?

Adətən bankınızla internet-ekvayrinq müqaviləsi. Hansı ödəniş üsulunun sizə uyğun olduğunu birlikdə müəyyən edirik.

Məhsulları sonra necə dəyişəcəyəm?

Mağazanın necə idarə olunacağını əvvəlcədən razılaşdırırıq: dəyişiklikləri özünüz edə və ya bizdən istəyə bilərsiniz.

Növbəti layihə

Biznesiniz üçün nə edə biləcəyimizə baxaq.

Bir neçə cümlə ilə biznesinizi danışın. Nə edəcəyimizi və neçəyə başa gələcəyini açıq yazırıq. Sizə uyğun gəlməsə də problem deyil.