Xidmət
Instagram və Google reklamlarının idarə edilməsi
Reklam büdcəsi tez xərclənir; əsas sual onun geriyə nə qaytardığıdır. Reklamlarınızı düzgün auditoriyaya göstərir, nəyin işlədiyini ölçür və büdcəni işləməyəndən işləyənə keçiririk.
Kimlər üçündür?
- Instagram-da “boost” edən, amma nəticəsini bilməyənlər
- Yeni məhsul və ya kampaniya elan etmək istəyənlər
- Google-da “… sifarişi” kimi axtarışlarda dərhal görünmək istəyənlər
- Saytına və ya WhatsApp-a daha çox sorğu gətirmək istəyən bizneslər
Nə daxildir?
- Instagram və Facebook reklam kampaniyaları
- Google axtarış reklamları
- Hədəf auditoriya və büdcə planı
- Reklam mətnləri və vizual tövsiyələr
- Sorğuların və satışların ölçülməsi
- Müntəzəm, sadə dildə hesabat
Necə işləyirik?
- 01
Məqsəd
Reklamdan nə gözlədiyinizi və büdcənizi müəyyən edirik.
- 02
Qurulma
Auditoriyanı, mətnləri və vizualları hazırlayıb kampaniyanı açırıq.
- 03
Ölçmə
Hansı reklamın sorğu gətirdiyini izləyirik.
- 04
Yaxşılaşdırma
İşləməyəni dayandırır, işləyəni gücləndiririk.
Tez-tez verilən suallar
Minimum reklam büdcəsi nə qədərdir?
Bu, sahədən və məqsəddən asılıdır. Kiçik büdcə ilə başlayıb nəticəyə görə artırmağı tövsiyə edirik.
Reklam büdcəsi xidmət haqqına daxildir?
Adətən reklam büdcəsi birbaşa Meta və ya Google-a ödənilir, idarəetmə haqqı isə ayrıca razılaşdırılır.
Növbəti layihə
Biznesiniz üçün nə edə biləcəyimizə baxaq.
Bir neçə cümlə ilə biznesinizi danışın. Nə edəcəyimizi və neçəyə başa gələcəyini açıq yazırıq. Sizə uyğun gəlməsə də problem deyil.
