Xidmət

SEO xidməti və Google Xəritələrdə görünmə

İnsanlar xidmət axtaranda ilk baxdıqları yer Google-dur. SEO saytınızın və biznes profilinizin bu axtarışlarda görünməsi üçün görülən işdir. Heç kim “bir həftəyə birinci yer” vəd edə bilməz; biz nəyi niyə etdiyimizi açıq izah edir və nəticəni Search Console-da birlikdə izləyirik.

Kimlər üçündür?

  • Saytı olan, amma Google-da tapılmayan bizneslər
  • Yaxınlıqdakı müştərilərə xidmət göstərənlər: salon, kafe, usta, klinika
  • Yeni sayt açan və onu başdan düzgün qurmaq istəyənlər
  • Azərbaycan, rus və ingilis dillərində axtarışlarda görünmək istəyənlər

Nə daxildir?

  • Saytın texniki SEO yoxlaması və düzəlişlər
  • Sürətin və mobil görünüşün yaxşılaşdırılması
  • İnsanların axtardığı açar sözlərin araşdırılması
  • Səhifə başlıqları və təsvirlərinin yazılması
  • Google Biznes profilinin qurulması və doldurulması
  • Google Search Console qurulması və izləmə
  • Faydalı məzmun və bələdçi yazıları
  • Görülən işlər barədə müntəzəm, sadə hesabat

Necə işləyirik?

  1. 01

    Yoxlama

    Saytınıza və rəqiblərinizə baxır, əsas problemləri yazırıq.

  2. 02

    Plan

    Hansı axtarışlarda görünmək istədiyinizi birlikdə seçirik.

  3. 03

    Tətbiq

    Texniki düzəlişləri, mətnləri və Google profilini hazırlayırıq.

  4. 04

    İzləmə

    Nəticələri Search Console-da izləyir və planı yeniləyirik.

Tez-tez verilən suallar

SEO nə vaxt nəticə verir?

İlk dəyişikliklər adətən bir neçə həftədən sonra görünür, rəqabətli sözlərdə isə bir neçə ay çəkir. SEO birdəfəlik yox, davamlı işdir.

Birinci yerə zəmanət verirsiniz?

Xeyr. Google sıralamasına heç kim zəmanət verə bilməz; belə vəd verənlərdən ehtiyatlı olun. Biz nəyi etdiyimizi açıq göstəririk.

Saytımı başqası hazırlayıb, SEO edə bilərsiniz?

Bəli, əksər hallarda mövcud saytla işləyə bilirik. Əvvəlcə saytı yoxlayıb nəyin mümkün olduğunu deyirik.

Növbəti layihə

Biznesiniz üçün nə edə biləcəyimizə baxaq.

Bir neçə cümlə ilə biznesinizi danışın. Nə edəcəyimizi və neçəyə başa gələcəyini açıq yazırıq. Sizə uyğun gəlməsə də problem deyil.